Narkoman sürücü postda tutuldu

12:24 09.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvar ayının 13-də Gəncə şəhər sakini Səbuhi İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılıb.

 

Bu barədə DİN-dən hafta.az-a verilən məlumatda bildirilib.


Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 334.1-ci maddələri ilə protokol tərtib olunub.


Fevralın 2-də Kəpəz rayon Məhkəməsinin qərarı ilə sürücü 500 manat məbləğində cərimə edilib.


Bu istiqamətdə tədbirlər davam etdirilir.